Maska taxmamağa görə tətbiq olunacaq cərimə məbləğləri açıqlandı

SOSİAL
13:28 30.05.2020
972

"Ümumdünya Səhiyyə Təşkilatı tibbi maskadan istifadəni tövsiyə edib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında də tibbi maskadan istifadə tələblərinin pozulmasına görə təklif edilən dəyişiklik müzakirə edilib”.

Bunu APA-ya açıqlamasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib. 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

K.Cəfərov qeyd edib ki, tibbi maskadan istifadənin zəruriliyini doğru hesab edir:

"Çünki bəzi insanlar virus daşıyıcısı olduğu halda bilmir ki, onda virus var. Belə olan halda, onlar bilmədən digər şəxsləri də yoluxdura bilər. Tibbi maskadan istifadəmin əsas məqsəd odur ki, bilmədən ətrafdakıları da virusa yoluxdurmuş olmayasan. Cəmiyyətdə bir sıra fikirlər mövcuddur ki, tibbi maska virusun yayılmasının qarşısını almır, gərək xüsusi respiratorlu bahalı maskalardan istifadə olunsun. Amma bu fikirlər yanlışdır.

Həkimlər hesab edir ki, adi tibbi maska belə virus yayılması riskini 90 faizədək azaldır. Ona görə vətəndaşlarımızdan xahiş edirəm ki, şəxsi sağlamlıqları və cəmiyyətin ümumi rifahı üçün Nazirlər Kabineti yanında operativ qərargahın müəyyən etdiyi qərarlara əməl etsinlər”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

01:19 02.07.2020

Azərbaycan Polisinin yaranmasından 102 il ötür

01:15 02.07.2020

Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etdi

23:46 01.07.2020

Dünyada 10,3 milyondan çox insan koronavirusa yoluxub

23:19 01.07.2020

Çempionlar Liqası: 2020/2021 mövsümünün tam təqvimi açıqlandı

22:51 01.07.2020

Türkiyədə koronavirusa yoluxanların sayı 200 mini ötdü

22:24 01.07.2020

Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu “Həsən Bəy Zərdabi Həftəsi”nə start verib - FOTO

21:58 01.07.2020

Azərbaycanda 202 xəstə süni tənəffüs cihazına qoşulub

21:42 01.07.2020

Evdə müalicə alan koronavirus xəstəsi mağazaya getdi, cinayət işi açıldı - VİDEO

21:19 01.07.2020

AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək

20:42 01.07.2020

Baş Nazirdən sərt karantin tətbiq edilməyən rayonların başçılarının qarşısında yeni tələb - FOTO

20:03 01.07.2020

Qurban bayramında 4 gün iş olmayacaq

19:51 01.07.2020

Azərbaycanada koronavirusdan sağalanların sayı 10 mini ötdü

19:37 01.07.2020

Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxdu - 7 pasiyent öldü

19:33 01.07.2020

Donald Gerye "Qarabağ"a qayıdıb

19:06 01.07.2020

“Bu, karantin rejiminin daha da sərtləşdirilməsi deməkdir” - DİN-dən daha bir açıqlama

18:48 01.07.2020

İdxal olunan benzinin qiymətinin artması ölkənin yanacaq balansına təsir etməyəcək - TƏHLİL