“Maska taxmayanlara cərimə yazılmır” - DİN-dən açıqlama

“Maska taxmayanlara cərimə yazılmır” - DİN-dən açıqlama
SOSİAL
13:35 12.05.2020
2583
Daxili İşlər Nazirliyi tibbi maska taxmayan şəxslərə cərimə tətbiq edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

AZXEBER.COM xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov APA-ya açıqlamasında qeyd edib ki, tibbi maskadan istifadə etməyənlərə qarşı hər hansı bir cərimə nəzərdə tutulmayıb: "Maska taxmayan şəxslər ictimai nəqliyyata buraxılmır. Vətəndaşlardan tələb olunur ki, mütləq qaydada tibbi maskadan istifadə etsinlər”.
OXŞAR XƏBƏRLƏR