Meymunçiçəyi virusuna görə əhaliyə maska taxmaq tövsiyə edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, koronavirus epidemiyasından sonra dünyanın yeni narahatlığı meymunçiçəyi virusu ilə bağlı olub. Belə bir vəziyyətdə ABŞ-ın epidemiya ilə bağlı ən nüfuzlu qurumu olan CDC-dən kritik bir açıqlama gəlib.
Ümumdünya Səhiyyə Təşkilatı dünyada yayılan meymunçiçəyi virusunun 30-a yaxın ölkədə müşahidə edildiyini və virusun daha çox Avropa ölkələrində müşahidə edildiyini və Avropada 911-dən çox təsdiqlənmiş və ya şübhəli hal olduğunu bildirib.
CDC meymunçiçəyi virusu üçün xəbərdarlığını yeniləyib və xəbərdarlığı 2-ci səviyyəyə qaldırmaq qərarına gəlib. Səyahətçilərin maska taxıb-taxmaması məsələsi ölkədə müzakirə mövzusu olub.
"New York Post” qəzetindəki xəbərə görə, CDC insanlara maska taxmağı tövsiyə edib.
Ayşən