Maskdan 13-cü uşağının anasına ağır ZƏRBƏ

Maskdan 13-cü uşağının anasına ağır ZƏRBƏ
MAQAZİN
11:41 24.03.2025
703

"Tesla" və "SpaceX" şirkətlərinin qurucusu, "X" (keçmiş "Twitter") sosial şəbəkəsinin sahibi İlon Mask 26 yaşlı yazıçı Eşli Sent Kleyerdən oğluna verdiyi maliyyə dəstəyini kəsib.

AZXEBER.COM Olay.az-a istinadən xəbər verir ki, bu haqda milyarderin vəkilləri məlumat verib. 

Sent Kler daha əvvəl Maskın atalığının və uşaq dəstəyi ödənişlərinin müəyyən edilməsi üçün məhkəməyə müraciət edib.

Vəkillər bildiriblər ki, Eşli Nyu-York Ali Məhkəməsinə qəyyumluq üçün ərizə verdikdən sonra 53 yaşlı İlon ondan maliyyə qisası alıb. 

"İlon Mask övladına ciddi maddi ziyan vurub və birtərəfli qaydada maliyyə dəstəyini kəsib" deyənlər, Maskın daha sonra təcili vəsatət qaldıraraq məhkəmədə "Eşlini susdurmağa" çalışdığını bildiriblər. Lakin hakim işin icraatında qalaraq vəsatəti təmin etməyib.

 

Xatırladaq ki, bu ilin fevralında Sent Kler sosial şəbəkələrdə Maskın övladını dünyaya gətirdiyini, bir neçə gün sonra isə tək qəyyumluq üçün müraciət etmək niyyətində olduğunu bildirmişdi. Onun sözlərinə görə, İ.Mask onu hamiləliyini gizlətməyə məcbur edib və uşaq dünyaya gəldikdən sonra onun tərbiyəsində iştirak etməkdən imtina edib.

Hazırda Eşlidən olan uşaqla birlikdə Maskın on üç övladı məlumdur.

Uşaqların altısı yazıçı Castin Uilson ilə evliliyində (ilk övladı körpəlikdə öldü), dördü Neuralink top meneceri Siobhan Zilis ilə (sonuncusu martın əvvəlində anadan olub) və daha üçü müğənni Qraymsdən dünyaya gəlib. O, dəfələrlə uşağı özü ilə Donald Trampla görüşlərə aparıb və bu, müğənnini narazı salıb. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu