Maskın "qızı" Nyu-York Moda Həftəsində modellik edib - FOTO

Maskın "qızı" Nyu-York Moda Həftəsində modellik edib - FOTO
MAQAZİN
15:09 17.09.2025
165
Dünyanın ən məşhur adamlarından biri olan İlon Maskın 21 yaşlı transgender qızı modelliyə başlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Vivian Vilson Nyu-York Moda Həftəsində (NYFW) dizayner Aleksis Bittarın "Miss USA 1991" temalı şousunda debüt edib.

Cənubi Karolinanı təmsil edən Vivian podiuma qısa qırmızı paltar, böyük qızıl sırğalar və Alexis Bittarın 2026-cı il qış kolleksiyasından olan "qayçı" çantası ilə çıxıb.

Xatırladaq ki, Vivian əvvəllər Nyu Yorkda "RuPaul's Drag Race All Stars"ın 10-cu mövsüm premyerası da daxil olmaqla çoxsaylı şoularda iştirak edib.
 
Aysel

 


 

OXŞAR XƏBƏRLƏR