İlon Mask və Mark Zukerberq arasında baş tutması gözlənilən qəfəs döyüşünün nə vaxt baş tutacağı çoxlarını maraqlandırır. Sosial media liderlərindən iyun ayında başlayan dava ilə bağlı yeni açıqlamalar gəlib. Mask Zukerberqlə qəfəs döyüşü haqqında ətraflı məlumat verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İlon Musk bu barədə şəxsi tvitter hesabında yazıb:
"Mübarizə mənim və Zukun fondları tərəfindən aparılacaq (UFC deyil). Canlı yayım bu platformada (X) və Meta olacaq. Kamera çərçivəsindəki hər şey qədim Romada olduğu kimi olacaq, buna görə də müasir heç nə yoxdur. Mən İtaliyanın baş naziri və mədəniyyət naziri ilə danışdım. Onlar epik bir yerə razılaşdılar”.
O, paylaşdığı bir statusunda görüşün Kolizeydə olacağını bildirib.
İlon Musk döyüşün X kanalında canlı yayımlanacağını və bütün gəlirin veteranlar üçün xeyriyyə təşkilatlarına gedəcəyini açıqlayıb.
Xatırladaq ki, Zukerberq Threads platformasında döyüşə hazır olduğunu elan edib və Mask ilk görüş üçün avqustun 26-nı təklif edib. Lakin hələ ki, döyüşün tarixi təsdiqini tapmayıb.
Mikayıl