Maştağa və Nardaranda təbii qaz olmayacaq

Maştağa və Nardaranda təbii qaz olmayacaq
SOSİAL
10:58 01.08.2016
1227
Təmir işləri aparılır.
Bu gün saat 10:00-dan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Nardaran” və “Bolqarıstan” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işlərinə başlanılıb.
Editor.az-a “Azəriqaz” İB-dən verilən məlumata görə, təmir işləri saat 18:00-dək aparılacaq.
Təmir müddətində Maştağa və Nardaran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
OXŞAR XƏBƏRLƏR