Maştağada evdən 3 min manatlıq generator və təmir alətləri oğurlandı

Maştağada evdən 3 min manatlıq generator və təmir alətləri oğurlandı
SOSİAL
16:24 10.11.2023
157
Bakının Maştağa qəsəbəsində bir evin həyətindən 3 000 manat dəyərində generator və təmir alətləri oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən noyabrın 4-də Maştağa qəsəbəsində bir evin həyətindən 3 000 manat dəyərində generator və təmir alətləri oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini E.Qurbanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR