Maştağada qəbirqazan iş başında öldü

Maştağada qəbirqazan iş başında öldü
SOSİAL
23:19 15.11.2018
5516
Bakıda qəbirqazan kişi məzarlıqda ölüb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

Qəsəbə ərazisindəki "Seyidlər" qəbiristanlığında Qənbər Mirsaqulu oğlu Rzayev qəbir qazan zaman özünü pis hiss edib.

Yanındakı şəxslərə özünü pis hiss etdiyini deyən Q.Rzayev bir neçə dəqiqə sonra ölüb.

Meyit müayinə olunub və üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR