"MasterChef Türkiyə 2021" qalibi, "Qızıl Saqqal” ləqəbi ilə tanınan məşhur aşpaz Eren Kaşıkçının ölüm səbəbi ilə bağlı ilkin ekspertiza nəticəsi açıqlanıb.
Sarıyerdəki evində ölü tapılan 37 yaşlı aşpazın ürək tutmasından vəfat etdiyi bildirilib.
Qeyd edək ki, Eren Kaşıkçı iyulun 29-da İstanbulun Sarıyer rayonundakı evində həyatını itirmiş vəziyyətdə aşkarlanmışdı. Ondan uzun müddət xəbər ala bilməyən iş ortağı Mikail B. evə getdikdən sonra məşhur aşpazın cansız bədənini tapmışdı. Hadisədən sonra ölüm səbəbinin müəyyənləşdirilməsi üçün meyit Ədli Tibb Qurumuna göndərilmişdi.
/axşam.az











































