"MasterChef"də gözlənilməz ayrılıq: Bu şəxslər yarışı tərk edir

"MasterChef"də gözlənilməz ayrılıq: Bu şəxslər yarışı tərk edir
DÜNYA
13:14 25.01.2023
270
Türkiyənin fenomen yarışmalarından biri olan və xüsusilə münsiflər heyətinin diqqət çəkdiyi "MasterChef"dən şok ayrılıq xəbəri gəlib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, iddiaya görə, məşhur aşpaz qərarını verib, çamadanını yığıb və gedib. Digər tərəfdən, münsiflər heyətinin daha bir üzvünün vidalaşacağı üzə çıxıb.

Məşhur oyun şousu "Masterchef" gələn mövsüm "All-Star" formatında yayımlanacaq. Ancaq görünür, aşpazlardan ikisi siyahıda olmayacaq.
 
"MasterChef"in münsif heyəti Mehmet Yalçınkayanın yeni mövsümün "All Star" formatında ediləcəyi halda, bəzi fikir ayrılıqlarına görə proqramla vidalaşdığı iddia edilib.

Sıx çəkilişləri səbəbindən restoranına və şəxsi həyatına kifayət qədər vaxt ayıra bilməyən Mehmet Şefin aldığı iddia edilən maaşla da problemləri olduğu deyilib.
 
İddiaya görə, "MasterChef Turkey"in münsiflər heyətindən Somer Sivrioğlunun yeni mövsümdə olmayacağı öyrənilib. 

Sivrioğlu restoranlarla məşğul olmaq üçün 4 ay sonra Avstraliyaya qayıdacaq.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR