Türkiyənin alt liqasında çıxış edən "Çarşambaspor” və "Safranboluspor” qarşılaşıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, matçın 81-ci dəqiqəsində ağır zərbə nəticəsində yerə yıxılan "Safranboluspor”un futbolçusu Fehmi Fırat Aksoyun dili qatlanıb.
Hakim oyunu dayandıraraq həkimləri meydana çağırıb.
Qarşılaşma zamanı dilini udmuş "Safranboluspor"un futbolçusu Fehmi Fırat Aksoy ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb.
Qeyd edək ki, futbolçunun səhhətinin yaxşı olduğu öyrənilib.
Oksana