Matuş Bero: "Azərbaycanla oyunun ilk hissəsi bizim üçün əsəbi keçdi"

İDMAN
10:54 23.09.2022
311
"Qarşılaşmanın ilk hissəsi bizim üçün əsəbi keçdi".

Bunu Slovakiya yığmasının futbolçusu Matuş Bero evdə Azərbaycana 1:2 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan sonra deyib.

27 yaşlı yarımmüdafiəçi yeni baş məşqçi Françesko Kaltsonaya və oyun üslubuna tam alışmadıqlarını bildirib: "İtaliyalı mütəxəssisə daha çox vaxt verməliyik. İkinci hissədə istədiyimiz futbolu sərgilməyə başladıq".

Yığmada debüt edən Kristian Vallo isə ilk matçında qələbə qazana bilmədiyi üçün məyus olduğunu söyləyib: "Birinci hissə gərgin alındı. Daha çox cinahlardan hücum etmək istəyirdik. Fasilədən sonra daha yaxşı oynadıq və hesabı bərabərləşdirə bildik. Bununla belə, sonda ikinci qolu buraxdıq. Məğlubiyyətə görə təəssüflənirik".
 
///Report
OXŞAR XƏBƏRLƏR