Matviyenko: “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümid edirik”

Matviyenko: “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümid edirik”
DÜNYA
12:16 29.03.2022
319
"Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümid edir".

Bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şurasının iclasında deyib.

O, Azərbaycan parlamentinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alyona Simonyanın mümkün sülh müqaviləsi ilə bağlı fikirlərini şərh edərkən bildirib: "Çox ümid edirik ki, bu vəziyyətə sülh müqaviləsi ilə yekun vurulacaq”.
 
///Report
OXŞAR XƏBƏRLƏR