İsveçrənin Cenevrə şəhərində növbəti uğurlu hərrac baş tutub. "Sotheby`s" hərracına çıxarılmış mavi brilliant yüksək qiymətə - 10,8 milyon dollara satılıb. Bu, proqnozlaşdırılan məbləğdən 2 dəfə çox olmaqla yanaşı, həm də karatına görə indiyədək mavi brilliantlara verilən rekord qiymət olub. Mavi brilyantı Lorens Qraf adlı Londonlu zərgər alıb. Mavi brilliant öz formasına görə badamı xatırladır və ağırlığı 10,48 karatdır. O, Cənubi Afrikada mədəndə tapılıb.