“Mavi Mərmərə” gəmisi Qəzzaya yola düşdü - mülki şəxslərə yardım edəcək

“Mavi Mərmərə” gəmisi Qəzzaya yola düşdü - mülki şəxslərə yardım edəcək
DÜNYA
11:05 17.11.2023
170
Mavi Mərmərə Azadlıq və Həmrəylik Dərnəyi üzvü olduğu Beynəlxalq Azadlıq Donanması ilə aldığı qərara uyğun olaraq yenidən Qəzzaya doğru yola düşəcək. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Mavi Mərmərə Azadlıq və Həmrəylik Dərnəyi üzvü olduğu Beynəlxalq Azadlıq Donanması ilə aldığı qərara uyğun olaraq yenidən Qəzzaya doğru yola düşəcək.

Dərnəyin internet saytında yer alan açıqlamada İsrailin Qəzzada böyük bir soyqırıma başladığı, məscid, məktəblər, xəstəxanalar və bütün mülki yaşayış məntəqələrinin hücuma məruz qaldığı bildirilib. 

Açıqlamada son bir ayda Qəzzada 11 mindən çox insanın şəhid olduğu, minlərlə mülki vətəndaşın isə ağır yaralandığı bildirilib. 

Açıqlamada İsrailin oktyabrın 7-dən bu yana Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının qərar və xəbərdarlıqlarına qulaq asmadan, beynəlxalq vicdanı görmədən qırğını davam etdirdiyi vurğulanıb və bu ifadələrdən istifadə edilib: 

"Mavi Mərmərə Dərnəyi olaraq üzvü olduğumuz Beynəlxalq Azadlıq Donanması ilə aldığımız qərara uyğun olaraq vətəndaş və müstəqil bir hərəkat olaraq yenidən Qəzzaya doğru yola düşürük”.

Ayşən
OXŞAR XƏBƏRLƏR