May ayında bürcləri nə gözləyir?

May ayında bürcləri nə gözləyir?
SOSİAL
12:52 01.05.2026
835
May ayı astroloji baxımdan olduqca hərəkətli və fürsətlərlə dolu bir dövrdür. Xüsusilə Yeni Ay enerjisi bir çox bürc üçün maliyyə baxımından yeni qapılar açır. Amma hər bürcün qazanma yolu və şansı fərqli olacaq. 

AZXEBER.COM may ayındq bürcləri nələrin gözlədiyini təqdim edir:

Qoç

May ayında Qoçlar üçün gəlir mövzusu aktivləşir. Yeni ay sənə əlavə qazanc yolları açacaq- xüsusilə yeni layihələrdən pul gələ bilər. Amma tələsik qərarlardan uzaq durmaq vacibdir.

Buğa

Yeni Ay birbaşa sənin bürcündə baş verir və maliyyə baxımından sıçrayış gətirə bilər. Maaş artımı, yeni iş təklifi və ya şəxsi biznes ideyasının reallaşması mümkündür.

Əkizlər

May sənin üçün gizli gəlirlər ayıdır. Gözləmədiyin bir yerdən pul ala bilərsən. Yeni Ay sənə plan qurmaq və gələcək qazanc strategiyası hazırlamaq üçün şans verir.


Xərçəng

Dost çevrən və sosial əlaqələrin sənə pul qazandıra bilər. Yeni Ay yeni tanışlıqlar vasitəsilə iş imkanı və ya gəlirli əməkdaşlıq gətirə bilər.


Şir

Karyera sahəsində yüksəliş var. Yeni Ay rəhbərlik və ya nüfuzlu şəxslərdən dəstək almağı təmin edə bilər. Bu isə maaş və ya bonus kimi geri qayıda bilər.

Qız

Xariclə bağlı işlər, təhsil və ya onlayn layihələrdən qazanc görünür. Yeni Ay sənin dünyagörüşünü genişləndirərək pul qazanmaq üçün yeni yollar açacaq.

Tərəzi

Ortaq maliyyə və investisiyalar gündəmdədir. Yeni Ay kredit, borc və ya ortaq qazanc məsələlərində müsbət dəyişikliklər gətirə bilər.

Əqrəb

Partnyorluq sənə pul gətirəcək. Yeni Ay yeni əməkdaşlıq və ya müqavilə ilə gəlirini artırmaq imkanı yaradır.

Oxatan

Gündəlik işlərdən qazanc artır. Yeni Ay sənə əlavə iş, part-time imkan və ya yeni layihə verə bilər. Çalışqanlığın qarşılığını alacaqsan.

Oğlaq

Yaradıcılıqdan pul qazanmaq şansın yüksəkdir. Yeni Ay hobbilərini gəlir mənbəyinə çevirmək üçün ideal zamandır.

Dolça

Ev və ailə ilə bağlı mövzulardan qazanc mümkündür. Məsələn, kirayə, daşınmaz əmlak və ya ailə biznesi aktivləşə bilər.

Balıqlar

Ünsiyyət və informasiya sənin əsas qazanc mənbəyindir. Yeni Ay yazı, media, sosial şəbəkələr və ya satış sahəsində uğur gətirə bilər.

Şahanə
OXŞAR XƏBƏRLƏR