Mayın 16-na olan hava proqnozu

MARAQLI
23:29 15.05.2011
1983

Bakıda və Abşeron yarımadasında

havanın dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Temperatur gecə 9-14° isti, gündüz 17-22° isti təşkil edəcək.
Bakıda gecə 12-14° isti, gündüz 20-22° isti olacaq.
Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək, nisbi rütubət isə 80-90 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında

gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq.
Temperatur gecə 9-14° isti, gündüz 22-27° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında

gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq.
Temperatur gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında

Gündüz əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-13° isti, gündüz 19-24° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında

gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 7-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-7° isti, gündüz 13-17° isti təşkil edəcək.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

gün ərzində əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 9-14° isti, gündüz 21-26° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında

Gündüz əsaəsn yağmursuz keçəcək, gecə və axşam isə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR