Maye gübrələr - Aqrar istehsalın yeni dövrü

Maye gübrələr -  Aqrar istehsalın yeni dövrü
İQTİSADİYYAT
10:38 24.10.2025
2283

Fermerlər illərlə torpağı qidalandırmaqla məhsuldarlığı artırmağa çalışdı, amma indi dünyanın ən inkişaf etmiş təsərrüfatları fərqli yol seçib — torpağa yox, birbaşa bitkiyə qida verir.

 

AZXEBER.COM xəbər verir ki, bu dəyişiklik təsadüfi deyil. Ənənəvi şumaltı gübrələr artıq torpaq şəraitinə və iqlim dəyişikliklərinə cavab verə bilmir. Gübrə torpaqda bərabər yayılmır, kök zonasına tam çatmır, çox vaxt bitki onu mənimsəyə bilmir. Nəticədə həm maya itkisi, həm də məhsulda keyfiyyət fərqi yaranır.

Yeni nəsil maye gübrə texnologiyaları bu problemi aradan qaldırır. Maye formulalar bitkiyə dərhal sorulan, tam həll olmuş qida forması təqdim edir. Bu həm dəqiq dozalanma, həm itkisiz mənimsəmə, həm də daha yüksək məhsuldarlıq deməkdir.

Bu gün Avropa və ABŞ-da iri fermer təsərrüfatları şumaltını tədricən dayandıraraq, damcılama və yarpaqdan qidalandırma sistemləri ilə maye gübrələrə keçir. Bu keçid, həm suya, həm enerji resurslarına qənaət, həm də bitki sağlamlığında sabit artım yaradır.

Amerikanın Miçiqan Dövlət Universiteti maye gübrə və şumaltı (bərk) gübrənin təsirlərini araşdırmaq üçün 30 illik tədqiqat aparıb. Onlar müəyyən ediblər ki, şumaltı gübrənin yalnız 20%-i bitkiyə çatır. Müqayisədə, yarpaqdan tətbiq olunan maye gübrələrin 95%-i bitki tərəfindən mənimsənilir. Beləliklə, 45 kq maye gübrədə eyni tərkibli bərk gübrə ilə müqayisədə bitki üçün 4,5 dəfə daha çox qida maddəsi mövcuddur.

Yuxarıdakı hesablamalardan göründüyü kimi, 23 litr maye gübrə bitkiyə 136 kq bərk gübrə qədər qida təmin edir.

Alimlər qeyd edir ki, maye gübrələrdən istifadə etmək bitkilərə gübrə tətbiq etməyin ən səmərəli üsuludur.

Yeni yanaşma artıq Azərbaycan fermerləri üçün də aktualdır. İndi məqsəd torpağı yormaq deyil — bitkini dəqiq, balanslı və vaxtında qidalandırmaqdır.

Maye gübrələr haqqında ətraflı məlumat əldə etmək üçün +994 55 220 24 24 nömrəsi və ya [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlaya bilərsiniz.


 

 

 

 

OXŞAR XƏBƏRLƏR