Superağır çəkidə boks üzrə keçmiş dünya çempionu Mayk Tayson boynundan əməliyyat olunub.
AZXEBER.COM-un məlumatına görə, məşhur boksçu bu barədə özünün Twitter səhifəsində yazıb.“Bu, adi əməliyyatdır. Peşə zədələrinin nəticələrindən xilas olmaq lazım idi. Mən üç həftə qoruyucu karkasla gəzməli olacam”, - Mayk Teyson deyib.