Maykl Ceksonu Azərbaycanla nə birləşdirir? - FOTOLAR

Maykl Ceksonu Azərbaycanla nə birləşdirir? - FOTOLAR
MƏDƏNİYYƏT
18:32 22.01.2013
5975
Azərbaycanın əməkdar artisti, Rus Dram Teatrının aktrisası, fotomodel Naina İbrahimovanın "Maykl Cekson - kraldan da artıq" filmi tamamlanmaq üzrədir.AZXEBER.COM-un məlumatına görə, pop-kralın həyatından bəhs edən filmin ideya və ssenari müəllifi, rejissoru Naina İbrahimova, prodüseri tanınmış rejissor Zöhrab Ağayevdir. Layihə dünyada ilk foto-kino sintezidir.Aktrisa əfsanəvi müğənninin ölümündən bəri bu film üzərində işləyir. Artıq montaj mərhələsində olan filmdə minlərlə fotoşəkildən istifadə edilib. Film Amerika səfirliyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Rus Dram Teatrı, Rəssamlar İttifaqı tərəfindən dəstəklənir. Film dünya arenası üçün nəzərdə tutulub.Filmdə xalq artisti Mahmud Məhərrəmov, əməkdar artist Mələk Abbaszadə, müğənnilər Aysel Teymurzadə, Sevda Yəhyayeva və başqaları çəkiliblər.Fotolardan ərsəyə gəlmiş filmdə əfsanəvi müğənni Maykl Ceksonu azərbaycanlı aktrisa Naina İbrahimova canlandırıb. Filmdən olan bir kadr Maykl Ceksonun rəsmi səhifəsinə düşüb. Naina İbrahimovanın yaratdığı Maykl Cekson obrazı o dərəcədə uğurlu alınıb ki, ekspertlər fotonun Maykl Ceksona və yaxud başqasına məxsus olduğunu təyin edə bilməyiblər.Naina İbrahimova Maykl Ceksona oxşayan yeganə insan özünün olduğunu deyir: "Mənim yaratdığım Maykl Cekson qədər ona oxşayan yoxdur. Mənim çəkim, bədən quruluşum, gözlərimin, burnum və bir çox nüanslar demək olar ki, Maykl Ceksonla tamamilə oxşardı. Və qrimin və aktyorluq məharətimin köməyi ilə oxşarlığı 100-ə çatdırmağa nail olmuşam. Dünyada mənim qədər Maykl Ceksona oxşayan ikinci adam yoxdur".N.İbrahimova Maykl Ceksonun həyat və yaradıcılığından bəhs edən ekran işinin 90 dəqiqəlik xronometraja salındığını deyir: "Film Maykl Ceksonun ilk günündən son nəfəsinədək bütün həyatını əhatə edən bir filmdir. Biz onun həyatında baş verən ən önəmli anları bu 90 dəqiqə çərçivəsində tamaşaçıya çatdırmaq istəmişik. Filmdə Maykl Ceksonun ağır məqamları, məhkəmə prosesləri, pedofilliklə şərlənməsi və sonda öz həkimi tərəfindən öldürülməsi səhnələri yer alıb."Aktrisa film ekranlara çıxmadan qabaq müvəffəqiyyət qazandığını deyir: "Mən "Aktyorluq məharətinə görə" və filmin rejissoru kimi, Zöhrab Ağayev filmin prodüseri kimi "Odlar yurdu" mükafatına layiq görüldük. Z. Ağayev eyni zamanda ilin klipmeykeri kimi diploma layiq görülüb".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir