Maykl Ceksonun ölümündə günahlandırılan şəxsi həkimi Konrad Myüreyin davam edən məhkəmə prosesində ifadə verən toksikoloq Dan Anderson pop kralın qanında, böyrəyində və qaraciyərində güclü ağrıkəsici propofolun tapıldığını təsdiqləyib. 8-ci məhkəmə iclasında Dan Anderson Maykl Ceksonun bədənində şəxsən bir neçə test etdiyini və propofolu aşkar etdiyini bildirib. Toksikoloq Dan Anderson Konrad Myurreyin Maykl Ceksona yuxuya gedə bilməsi üçün verdiyi ağrıkəsici maddənin mümkün miqdarı barədə açıqlama verməsə də, onun çox olduğunu deyib. Propofolla yanaşı, Maykl Ceksonun bədənində digər ağrıkəsici preparat -lidokain də aşkar edilib. İttihamçı tərəf Konrad Myurreyin Maykl Ceksona ağrıkəsici preparat verməyi qərara almaqla məsuliyyətsiz addım atdığını sübut etməyə çalışır. Həkim Konrad Myurrey isə ittihamı rədd edir.
//Ans Press