Maykl Ceksonun şlyapası 77 min avroya satıldı

Maykl Ceksonun şlyapası 77 min avroya satıldı
DÜNYA
10:40 28.09.2023
192
Müğənni Maykl Ceksonun ilk dəfə "ay yerişində” çıxış etdiyi qara şlyapası Parisdəki "Lemon Auction” və "Artp Ges” kompaniyasında 77,6 min avrodan çox qiymətə satılıb.

AZXEBER.COM xəbər verir ki, hərracda şlyapadan əlavə 200-ə yaxın lot da təqdim olunub. Onların arasında afişalar, konsert biletləri, Madonnanın qızıl diski, musiqi alətləri, Martin Qorun "Depeche Mode”dan kostyumu və The Rolling Stones-un vinil valları olub.

Məlumata görə, Cekson bu papağı 25 mart 1983-cü ildə "Motown” səsyazma şirkətinin 25 illiyi şərəfinə verdiyi konsertdə geyinib. 

Gülay
OXŞAR XƏBƏRLƏR