Mayor Şahin Quliyevə HÖKM OXUNDU - Rüşvət alıbmış

Mayor Şahin Quliyevə HÖKM OXUNDU - Rüşvət alıbmış
KRİMİNAL
20:22 01.12.2025
288
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi, mayor rütbəsində xidmət etmiş Şahin Quliyevin barəsində rüşvət alma ittihamı ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə iclası keçirilib.

AZXEBER.COM xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə Şahin Quliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi Şahin Varis oğlu Quliyev DTX tərəfindən saxlanılmışdı.
OXŞAR XƏBƏRLƏR