Mbappe Azərbaycan yığması ilə oyunu buraxa bilər

Mbappe Azərbaycan yığması ilə oyunu buraxa bilər
İDMAN
10:27 05.10.2025
188
"Real Madrid"in hücumçusu Kilian Mbappe İspaniya La Liqasının səkkizinci turunun "Vilyarreal"la (3:1) oyununda topuğundan zədələnib".

AZXEBER.COM Oxu.Az-a stinadən xəbər verir ki, bunu "Real Madrid"in baş məşqçisi Xabi Alonso deyib.

Mbappe komandasının üçüncü qolunu vurduqdan bir neçə dəqiqə sonra əvəzlənib.

"Onun Fransa millisinin düşərgəsinə getməyəcəyini deyə bilmərəm. Hazırda müəyyən diskomfort yaşayır. O, bunu yığma ilə müzakirə etməli olacaq" , - deyə Alonso vurğulayıb.

Qeyd edək ki, Fransa millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-u evdə Azərbaycan millisi ilə, oktyabrın 13-ü isə səfərdə isə İslandiya millisi ilə qarşılaşacaq.
OXŞAR XƏBƏRLƏR