Mbappe dünyanın ən bahalı üç futbolçusundan biri oldu

Mbappe dünyanın ən bahalı üç futbolçusundan biri oldu
İDMAN
22:37 12.12.2025
149
"Transfermarkt" portalı İspaniya çempionatında çıxış edən futbolçuların bazar dəyərini yeniləyib.

AZXEBER.COM portala istinadən xəbər verir ki, "Real Madrid" klubunun və Fransa milli komandasının hücumçusu Kilian Mbappenin dəyəri 20 milyon avro artaraq 200 milyon avroya çatıb.

Bildirilir ki, bununla da bazar dəyərləri 200 milyon avro olan Erlinq Holand və Lamin Yamal ilə birlikdə Mbappe dünyanın ən bahalı oyunçularından biridir.

Qeyd edək ki, 26 yaşlı Mbappe 2024-cü ildən "Real Madrid"də çıxış edir. O, klubla bütün turnirlərdə 80 oyun keçirib, hesabında 69 qol və 9 məhsuldar ötürmə var.
OXŞAR XƏBƏRLƏR