Mbappe Fransa millisinin heyətində rekorda imza atıb
İDMAN
02:22 15.07.2026
110
Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatlarında keçirdiyi oyunların sayına görə yığmanın rekordçusu olub.
İspaniya millisinə qarşı keçirilən yarımfinal matçı 27 yaşlı futbolçu üçün dünya çempionatlarında 21-ci oyun olub.
Bununla da Mbappe bu göstəricidə Fransa millisinin sabiq qapıçısı Uqo Lyorisi geridə qoyub. Lyoris mundiallarda 20 oyun keçirib və 2022-ci il dünya çempionatından sonra milli karyerasını başa vurub.
Mbappe 2024-cü ildən İspaniyanın "Real" klubunda çıxış edir. O, Madrid təmsilçisi ilə 2024/2025 mövsümündə İspaniya Superkubokunun və Qitələrarası Kubokun qalibi olub.
Fransa millisinin heyətində 2018-ci il dünya çempionu olan Mbappe 2022-ci ildə Qətərdə keçirilən mundialda gümüş medal qazanıb. O, həmin turnirdə vurduğu 8 qolla yarışın bombardiri olub.
Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq.