Mbappe niyə Bakıya gəlmədi? - Baş məşqçi açıqladı

Mbappe niyə Bakıya gəlmədi? - Baş məşqçi açıqladı
İDMAN
18:34 15.11.2025
152
"Sabah nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bakıya 22 futbolçu ilə gəlmişik. Hamısına güvənirəm”.
 
AZXEBER.COM xəbər verir ki, bunu Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, Azərbaycan millisinin enerjili komanda olduğunu bildirib: "Rəqibimiz çox istəkli komandadır. Heyət baxımından risk etmək istəmirəm. Topuğunda zədəsi olan Kilian Mbappe ilə "Real Madrid” klubunun həkimləri məşğul olacaqlar".

Qeyd edək ki, Azərbaycan - Fransa matçı noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR