Mbappe rəsmi olaraq "Real Madrid"də

İDMAN
18:45 02.06.2024
226

Fransa millisinin hücumçusu Kilian Mbappe "Real"la müqavilə imzalayıb.

Bu barədə insayder Fabrizio Romano məlumat verib.

Onun sözlərinə görə, futbolçunun nümayəndələri və klub transferi başa çatdırmaq üçün bütün lazımi sənədləri imzalayıb.

"Kral klubu"nun gələn həftə Mbappenin transferini rəsmən elan edəcəyi bildirilir.

Xatırladaq ki, mayın 10-da Mbappe 2023/24 mövsümü başa çatdıqdan sonra PSJ-dən ayrılacağını rəsmən açıqlayıb. Müqaviləsi 2024-cü il iyunun 30-da başa çatdığı üçün forvard azad agent kimi Fransa klubundan ayrılıb.

OXŞAR XƏBƏRLƏR