Mbappe üç həftə yaşıl meydanlardan uzaq qalacaq

İDMAN
18:41 25.09.2024
177
İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe üç həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bu barədə yerli mətbuat məlumat yayıb.

"Kral klubu" rəsmi saytında fransalı hücumçunun müayinədən keçdiyini açıqlayıb. 25 yaşlı hücumçunun sol ayağındakı budunda zədə aşkarlandığı bildirilib.

Qeyd edək ki, Kilian Mbappe La Liqanın VII turunda "Alaves"lə (3:2) oyunda zədələnib.

OXŞAR XƏBƏRLƏR