Mbappe Useyn Boltun yarış təklifini qəbul edib

İDMAN
19:43 06.05.2024
220
PSJ-nin hücumçusu Kilian Mbappe əfsanəvi yamaykalı atlet Useyn Boltun onunla yarışmaq təklifini qəbul edib.

8 qat olimpiya çempionu bir müddət öncə dünyanın ən sürətli futbolçularından sayılan Mbappeni yarışa dəvət edib.

Mbappe sürpriz açıqlamanı özünün adını daşıyan KM fondunun tədbirində verib: "Mən də belə başa düşürəm ki, heç bir şansım yoxdur".

Qeyd edək ki, məşhur sprinter 100 metr məsfəni 9,58 saniyə rekordla qət edib. Mbappe isə 100 metri 10,9 saniyəyə qaça bilir.

OXŞAR XƏBƏRLƏR