Mbappe üzr İSTƏDİ

Mbappe üzr İSTƏDİ
İDMAN
23:49 14.04.2025
482
"Alaves"in yarımmüdafiəçisi Antonio Blanko "Real"ın hücumçusu Kilian Mbappenin La Liqanın 31-ci turunda keçirilən oyunda ona qarşı kobud oynamasından danışıb.

AZXEBER.COM "Unikal"-a istinadən xəbər verir ki, Mbappe matçın 38-ci dəqiqəsində rəqib futbolçunun baldırına açıq ayaqla zərbə endirib. VAR-a baxıldıqdan sonra Mbappe qırmızı vərəqə ilə meydandan qovulub. 
 
Blanko AS nəşrinə açıqlamasında fransalı futbolçunun ondan üzr istədiyini bildirib: "Düzünü desəm, kifayət qədər ağır zərbə oldu, amma futbolda belə şeylər baş verir. Kilian üzr istədi, əsas da budur. Buna çox əhəmiyyət verməyə ehtiyac yoxdur". 

Qeyd edək ki, Antonio Blanko 2023-cü ilin yayında "Real"dan "Alaves"ə keçib. 
OXŞAR XƏBƏRLƏR