Mbappeyə görə PSJ-dən UEFA-ya şikayət edildi

Mbappeyə görə PSJ-dən UEFA-ya şikayət edildi
İDMAN
17:42 15.06.2022
193
İspaniya La Liqasının prezidenti Xavyer Tebas Fransa PSJ-sindən UEFA-ya şikayət edib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, müraciət Paris təmsilçisi tərəfindən maliyyə feyr-pleyi qaydalarını mümkün pozuntusu ilə əlaqədardır.

La Liqa rəhbəri bildirib ki, PSJ belə pozuntulara daim yol verdiyi üçün hüquqi müstəvidə addımlar atacaqlar. Şikayət birbaşa Kilian Mbappenin yeni müqavilə şərtləri ilə əlaqədardır.

Narazılıq məktubu UEFA-ya ötən həftə göndərilib.

Qeyd edək ki, daha əvvəl Xavyer Tebas İtaliyanın "Yuventus" və İngiltərənin "Mançester Siti" klublarından da narazılığını bildirib.

Bizim Facebook səhifəmizə abunə olun

OXŞAR XƏBƏRLƏR