“McDonald’s Azərbaycan” 100% halal mal ətindən tam istifadəyə keçdiyini elan etdi! - VİDEO

“McDonald’s Azərbaycan” 100% halal mal ətindən tam istifadəyə keçdiyini elan etdi! - VİDEO
İQTİSADİYYAT
10:52 17.06.2025
287
"McDonald’s Azərbaycan” şirkəti yerli istehsal olan halal mal ətindən tam istifadəyə keçdiyini elan edib.

Artıq bütün restoranlarda ətli burgerlərin hazırlanmasında yalnız Azərbaycanda istehsal olunmuş, beynəlxalq keyfiyyət və qida təhlükəsizliyi tələblərinə tam uyğun olan mal ətindən istifadə olunur.

Tədarükləri "AzProtein Foods Group” şirkəti həyata keçirir. Şirkətin Buzovna qəsəbəsində yerləşən zavodunun ərazisində qabaqcıl texnologiyalarla təchiz olunmuş və "McDonald’s”ın beynəlxalq standartlarına uyğun şəkildə layihələndirilmiş ixtisaslaşmış kompleks inşa edilib. Lokallaşma prosesində həm yerli, həm də beynəlxalq ekspertlər iştirak ediblər ki, bu da layihənin bütün mərhələlərində yüksək keyfiyyətə nəzarəti təmin edir.

Burgerlərin tərkibi isə əvvəlki kimi dəyişməz olaraq qalır: yalnız 100% mal əti istifadə olunur, heç bir əlavə qatqı yoxdur - restoranda yalnız duz və istiot əlavə edilir.

Heyvanlar ölkə ərazisində optimal şəraitdə saxlanılır, yalnız təbii yemlər əsasında balanslaşdırılmış qidalanma ilə təmin olunurlar və daim baytar nəzarətində olurlar.

İstehsal proseslərinin "Halal” standartlarına uyğunluğu "AzeSERT HALAL” sertifikatlaşdırma qurumu tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq tələblər əsasında rəsmi şəkildə təsdiq olunub. İstehsalın bütün mərhələlərinə xüsusi təlim keçmiş işçi heyəti nəzarət edir və proseslər ciddi şəkildə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir.

İstehsal və logistika - məhsulun daşınması və saxlanması zamanı temperatur rejimi də daxil olmaqla - ixtisaslaşmış mütəxəssislər tərəfindən daim nəzarətdə saxlanılır. Məhsul həmçinin müstəqil laboratoriya analizlərindən keçirilir və Almaniyada yerləşən "McDonald’s”ın Avropa keyfiyyət mərkəzində test edilir.

Ət tədarükünün lokallaşdırılması "McDonald’s Azərbaycan” şirkətinin ölkədaxili dayanıqlı təchizat zəncirlərinin inkişafına yönəlmiş strategiyasında mühüm mərhələdir. Şirkət bundan əvvəl süd məhsulları, tərəvəz və sous tədarükünün də lokallaşdırılmasını həyata keçirmişdi. Mal ətinin lokallaşdırılması təşəbbüsü isə yalnız daxili bazar üçün deyil, eyni zamanda qonşu ölkələrə ixrac üçün də əlavə imkanlar yaradaraq yerli iqtisadiyyatın inkişafına töhfə verir.

Qeyd edək ki, "McDonald’s Azərbaycan” yerli istehsalçılarla əməkdaşlığını genişləndirməyə davam edərək, qeyri-neft sektorunun inkişafına, aqrar-sənaye kompleksinin möhkəmləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verir.
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa Liqası: "Sabah"ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
17:16 17.06.2025
Avropa Liqası: "Sabah"ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
17:00 17.06.2025
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
16:32 17.06.2025
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
16:28 17.06.2025
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
16:27 17.06.2025
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
16:20 17.06.2025
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
Tanınmış fotoqraf qəfil vəfat etdi
16:17 17.06.2025
Tanınmış fotoqraf qəfil vəfat etdi
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
15:46 17.06.2025
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
15:44 17.06.2025
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
15:42 17.06.2025
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
15:35 17.06.2025
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
15:33 17.06.2025
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
Bu şənbə rəsmi iş günüdür
15:18 17.06.2025
Bu şənbə rəsmi iş günüdür
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
15:10 17.06.2025
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
14:55 17.06.2025
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
14:53 17.06.2025
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"