“MacDonald’s” restoranlar şəbəkəsi məhsullar haqqında olan yalan məlumata görə, Amerika Müsəlmanlar Cəmiyyətinə 700 min dollar ödəyəcək.
AZXEBER.COM-un Lifenews-a istinadən verdiyi məlumata görə, 2011-ci ilin sentyabrında Detroyt şəhəri Amerika Müsəlmanlar Cəmiyyətinin üzvləri “McDonald’s”-a qarşı iddia qaldırmışdılar.Korporasiyanı məhkəməyə verən Miçiqan ştatının sakini Ahmed Ahmed hesab edir ki, şirkət yalan məlumatlar yayır. “McDonald’s”-ın reklam elanlarında şəbəkənin bütün restoranlarında istifadə olunan məhsulların halal olduğu deyilir.Bununla belə, iddiaçının vəkili bildirir ki, bu heç də belə deyil. Restoranlarda halal məhsullar qurtaranda adi məhsullar da istifadə olunub.Cərimənin məbləği 700 min dollardır. Bu pullar Detroyt Tibbi Klinikası və ABŞ Milli Ərəb Muzeyi arasında bölünəcək.