“Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzi” MMC aztəminatlı ailələrə dəstək oldu - FOTOLAR

“Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzi” MMC aztəminatlı ailələrə dəstək oldu - FOTOLAR
SOSİAL
17:10 24.04.2020
1323
Cənab Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışına dəstək verən və Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan "Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzi” MMC tənha yaşayan ahıllara, aztəminatlı və qayğıya ehtiyacı olan ailələrə yardım edib.

AZXEBER.COM xəbər verir ki, şəhər İcra Hakimiyyətinin və "Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzi”  MMC-nin əməkdaşları tərəfindən ərzaq məhsullarından ibarət sovqatlar qeyd olunan kateqoriyadan olan 40-dan çox ailənin ünvanına çatdırılıb.

Vətəndaşlar göstərilən diqqət və qayğıya görə, eləcə də ölkəmizdə və Naftalanda koronavirus  infeksiyasının  yayılmasının  qarşısının  alınması  məqsədi ilə görülən tədbirlərə  görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin  minnətdarlıqlarını  bildiriblər.
 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR