MDB müşahidəçilər missiyası: “Bütün namizədlər üçün bərabər şərait yaradılıb”

MDB müşahidəçilər missiyası: “Bütün namizədlər üçün bərabər şərait yaradılıb”
SİYASƏT
13:00 02.02.2024
246
Bütün prezidentliyə namizədlərə seçkiqabağı təşviqat aparmaq üçün bərabər şərait yaradılıb.

"Report” xəbər verir ki, bu barədə MDB müşahidəçilər missiyasının Azərbaycanda prezident seçkisinə hazırlıqla bağlı monitorinqinin nəticələrinə dair aralıq hesabatında bildirilib.

Müşahidəçilər qeyd ediblər ki, Azərbaycanda təşviqat kampaniyası sakit və mütəşəkkil şəkildə, seçki qanunvericiliyinin tələblərinə ciddi şəkildə uyğun olaraq keçirilir.

Hesabatda vurğulanıb ki, mərkəzi və aşağı seçki komissiyaları, kütləvi informasiya vasitələri (KİV) ölkə əhalisini seçki kampaniyası ilə bağlı ətraflı məlumatlandırır.

Aralıq hesabatda o da qeyd olunub ki, Mərkəzi Seçki Komissiyasının rəhbərliyi (MSK) və MSK Katibliyinin əməkdaşları tərəfindən mütəmadi olaraq brifinqlər və mətbuat konfransları keçirilir, seçkilərə hazırlığın gedişatı işıqlandırılır, seçki qanunvericiliyinin normaları izah edilir:

"Mərkəzi Seçki Komissiyası ölkə vətəndaşlarını seçkilərdə iştiraka çağıran fəal kampaniya aparır. Bu kampaniyaya televiziya və radioda müntəzəm olaraq məlumat xarakterli videoçarxların və sosial reklamların yayımı daxildir. Üstəlik, bu kampaniya həmçinin səsvermə günü barədə seçiciləri məlumatlandırmaq üçün reklam lövhələri, bannerlər və afişalardan istifadəni əhatə edir”.
Vurğulanıb ki, 2024-cü il yanvarın 15-dən etibarən Mərkəzi Seçki Komissiyasının "Seçki-2024” Müstəqil Media Mərkəzi fəaliyyət göstərir: "Burada yerli və xarici KİV nümayəndələri seçki kampaniyasının gedişi ilə bağlı aktual məlumatlar əldə edə bilərlər.

Xatırladaq ki, MDB-nin müşahidəçi missiyasının tərkibində 169 nəfər akkreditə olunub. Buraya Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, həmçinin MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası, Belarus və Rusiya İttifaqı Parlament Assambleyası, MDB İcraiyyə Komitəsinin nümayəndələri daxildir.

Uzunmüddətli əsaslarla isə 8 müşahidəçi çalışır. Onların fəaliyyətini missiyanın Bakıdakı qərargahı əlaqələndirir.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaqlar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
21:52 29.07.2025
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
21:44 29.07.2025
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
21:33 29.07.2025
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
21:26 29.07.2025
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
21:21 29.07.2025
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
21:05 29.07.2025
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
20:53 29.07.2025
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
20:40 29.07.2025
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
20:35 29.07.2025
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
Tokayev Ərdoğanla müzakirə apardı
20:22 29.07.2025
Tokayev Ərdoğanla müzakirə apardı
Şərurda 16.5 ton ot bağlaması yanıb
20:18 29.07.2025
Şərurda 16.5 ton ot bağlaması yanıb
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
20:08 29.07.2025
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
19:57 29.07.2025
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
19:36 29.07.2025
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
19:09 29.07.2025
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
18:57 29.07.2025
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”