Mədəkiçiltmə əməliyyatından ölənlərin sayı buna görə çoxalır

SAĞLAMLIQ
00:09 12.08.2022
1263
Mütəxəssislər mədəkiçiltmə əməliyyatı zamanı ölümlərin səbəbini açıqlayıb.

Arıqlamaq üçün edilən bəzi əməliyyatlar istənməyən ölümlərlə sonlanır. Türkiyədə mədəkiçiltmə əməliyyatından sonra Serpil Aydemirin vəfat etməsi bu əməliyyatları yenidən gündəmə gətirib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu əməliyyatların arıqlama və ya arıqlama proseduru olmadığını ifadə edən Türkiyə Bariatrik Cərrahiyyə Vəqfi Başçısı Prof. Dr. Oktay Banlı qeyd edib ki, sözügedən əməliyyatlar bədənin formalaşdırılmasında istifadə edilən bir üsuldur.

O, arıqlama üsulu olaraq piylərin çıxarılmasının məsləhət görülmədiyini deyib:

"Xəstəni böyük gözləntilərə salmaq, artıq piyləri çıxarmaq uzunmüddətli əməliyyatlarda ciddi fəsadlar yaradır”.

Həkim bu əməliyyatı edərək uğursuzluqla üzləşən həkimlərin bu sahədə təcrübəsiz olduğunu bildirib:

"Əgər həkim əməliyyat zamanı və ya əməliyyatdan sonra pis geridönüşlər alırsa, bu o deməkdir ki, həkimin təcrübəsi yoxdur. Bundan əlavə yaşanan problemin səbəbi istifadə olunan materialların keyfiyyətsizliyi ola bilər”.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR