Mədən işçisi: “Bizim canımız bu dəqiqə Türkiyədir” - VİDEO

Mədən işçisi: “Bizim canımız bu dəqiqə Türkiyədir” - VİDEO
DÜNYA
12:23 13.02.2023
171
Türkiyənin zəlzələdən ziyan çəkən ərazilərində axtarış-xilasetmə işləri davam etdirilir.

AZXEBER.COM xəbər verir ki, Kahramanmaraşda axtarış-xilasetmə işlərinə qatılan bir mədən işçisinə müxbir "Həyatınızı heç düşünürsünüzmü?" soruşub. O, cavab olaraq "Hazırda həyatımız yoxdur. Həyatımız hazırda Türkiyədədir. Bizim üçün heç bir problem yoxdur. Sona qədər buradayıq." deyib. 

Qeyd edək ki, fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra axtarış-xilasetmə işləri 7-ci gündə də davam edir. İlk gündən Türkiyəyə bir çox ölkədən axtarış-xilasetmə qrupları göndərilib. Bu komandalar arasında qaranlıqda və dərinlikdə xilasetmə işlərini yerinə yetirmək üçün təlim keçmiş mədən işçiləri də var.

Ayşən
OXŞAR XƏBƏRLƏR