xari

Mədəniyyət incisi – Şuşa

SOSİAL
12:47 18.01.2021
183
Qüdrətli Azərbaycan dövləti yeni dövrə qədəm qoyub. Müzəffər Ali Baş Komandanımızın və Müzəffər Ordumuzun sayəsində xalqımızın ən ağrılı problemi həll olunub, torpaqlarımız işğaldan azad edilib. Bu, tarixi nailiyyətdir, Azərbaycan xalqına məxsus olanın onun özünə qaytarılması missiyasıdır. Qarabağa qayıdış yalnız əraziyə qayıdış demək deyil. Əzəli Azərbaycan torpaqlarına qayıdış tariximizə, mədəniyyətimizə, milli dəyərlərimizə, ənənələrimizə sahib çıxmaqdır.

Müharibədən cəmi iki ay vaxt keçsə də, Azərbaycan dövləti böyük quruculuq işlərinə start verib.

Möhtərəm Prezident cənab İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub. Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Strateji əhəmiyyətli Füzuli Beynəlxalq Hava Limanı azad edilmiş bölgələrimizin inkişafı, ərazilərin bərpası, yüklərin daşınması, turizmin inkişafı üçün çox mühüm bir layihədir. Qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, əsası qoyulmuş Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolu ilə çox rahat və qısa müddətə Şuşa şəhərinə gedə biləcəklər. Həmçinin Şuşaya çəkilən yol geniş və yüksək keyfiyyətli olacaq. İndiki vəziyyətdə işğaldan azad olunmuş rayonlarda aeroportların inşası vacibdir, çünki insanları operativ şəkildə ora aparmağa ehtiyac yaranır.

Dövlət başçısı bildirib ki, böyük qayıdış başlayır, bütün işlərə start verildi. Azərbaycan dövləti Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndləri, bütün tarixi abidələri bərpa edəcək. Şuşanın bərpası planlı şəkildə aparılacaq, Pənahəli xanın şəhərinin tarixi ruhu qorunacaq.

Möhtərəm Prezident cənab İlham Əliyev vurğulayıb ki, düşməni torpaqlarımızdan qısa müddət ərzində qovduğumuz kimi Qarabağı da qısa müddətdə bərpa edəcəyik. Şuşanın bərpası üçün baş plan hazırlanır. Bütün binaların təftişi aparılıb. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcək. Abidələrin əsl siması özlərinə qaytarılacaq.

Azərbaycan ordusunun rəşadəti haqqında cənab Prezidentimizin vurğuladığı fikirlər bir daha Müzəffər Ordumuzun şücayətindən xəbər verir. "Noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhəri Azərbaycan hərbçilərinin böyük qəhrəmanlığı, peşəkarlığı, milli ruhu sayəsində işğaldan azad edilib. Düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Şuşanı azad etdik. Düşmən cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər rayonlarından qoşunlarını çıxarmağa məcbur olub. Şanlı Azərbaycan Ordusunun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. 44 günlük müharibənin hər bir günü zəfər günü idi. Azərbaycan ordusu bir gün belə geri addım atmadan yalnız irəli gedib. Bu, dünya hərb tarixində çox nadir hallarda müşahidə edilən bir mənzərədir. İnkişaf etmiş ölkələrin hərbi mütəxəssisləri Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Azərbaycan ordusu Xocalı cəlladlarını, özündən yalançı qəhrəman düzəldənləri məhv edib, Şuşanı Sarkisyan-Koçaryan cütlüyünün ordusunun əlindən geri alıb. Xuntanın nümayəndələri müharibə vaxtı qaçıb gizlənmiş, sadə erməni gənclərini qırğına vermişlər”.

Dövlət başçısı bir daha vurğulayıb ki, Şuşanın, Kəlbəcərin, Laçının, bütün ətraf bölgələrin işğal edilməsi, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılması Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin günahıdır. AXC ovaxtkı hakim komandanı yıxıb hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı heç bir əməliyyat keçirmədən boşaldaraq düşmənə təslim edib. Xalq Cəbhəsi-Müsavat hakimiyyətə gəlmək naminə satqınlıq, cinayət törədib. Səriştəsiz kadrlardan formalaşmış AXC hakmiyyəti talançılığı dövlət siyasətinə çevirib, rüşvətxorluğu öz ideoloji prinsipi elan edib, satqınlığı, fərariliyi Azərbaycan xalqının tarixinə bir ləkə kimi yapışdırıb.

44 günlük müharibənin gedişində dünyanın müxtəlif geosiyasi qütblərindən edilən təzyiq və təhdidlərə baxmayaraq, Müzəffər Ali Baş Komandan düşməni torpaqlarımızdan qovmaq üçün sona qədər döyüşmək əzmindən geri dönməmişdir.

Milli xəyanət nəticəsində itirilmiş müqəddəs Şuşa şəhəri bu gün möhtərəm Prezident cənab İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti, xalq-ordu-iqtidar vəhdəti nəticəsində azad olundu.

Sovet dövrünün rəsmi ideoloji basqılarına baxmayaraq Ulu Öndər Azərbaycanda milli şüurun yüksəldilməsi üçün ardıcıl addımlar atmışdır. 1920-ci illərdə sovet bolşevik hakimiyyətinin Azərbaycanın daxilində tədricən partlayan mina kimi qoyduqları Dağlıq Qarabağ probleminin həlli üçün Ulu Öndər burda demoqrafik balansı azərbaycanlıların xeyrinə dəyişən tədbirlər görmüşdür. 1969-1982-ci illərdə Yevlaxdan, Ağdamdan Xankəndiyə dəmir yolu çəkilmiş, Dağlıq Qarabağda yeni müəssisələr yaradılmış və bu müəssisələrə Azərbaycanın müxtəlif yerlərindən mütəxəssislər gəlmişdi. Ulu Öndərin bu uzaqgörən siyasəti nəticəsində Dağlıq Qarabağda milli tərkib azərbaycanlıların xeyrinə xeyli dəyişmişdi.

Ulu Öndər Azərbaycanda qalsaydı, növbəti 10 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlılar əksəriyyət təşkil edəcəkdilər. Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı, doğma ədəbiyyatına, mədəniyyətinə olan sevgisi Molla Pənah Vaqifin şərəfinə məqbərənin tikintisində də özünü göstərib.

Möhtərəm Prezident cənab İlham Əliyev bildirdi ki, xanın vəziri olan insanın şərəfinə o vaxt - sovet dövründə məqbərə ucaltmaq qeyri-adi bir hadisə idi. Eyni zamanda bununla Qarabağın tarixin bütün mərhələlərində azərbaycanlılara məxsus olması haqqında aydın mesaj verilirdi. Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşamışdır. 1982-ci ildə Heydər Əliyevi Bakıdan Moskvaya təyin etməsəydilər, burada separatizmin baş qaldırmasına imkan verməzdi. Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi ilə Azərbaycan iflasdan xilas olmuş, milli inkişafın, milli dövlətçiliyin yeni mərhələsi başlamışdır.

Azərbaycan xalqı xöşbəxt xalqdır ki, özünü müstəqil dövlət kimi təsdiq edib. Dövlər başçısı həmişə çıxışlarında "mənim sözüm imzam qədər qüvvətlidir”- deyir. Şuşa səfəri Milli Liderin sözünün və əməlinin vəhdətinin növbəti nümayişi oldu. Möhtərəm Prezident 2010-cu noyabrın 1-də Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılışında çıxış edərkən demişdi ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq. 2021-ci ilin yanvarın 14-ü həmin vəd yerinə yetirildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı. Şuşa cənab İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı, musiqi mərkəzi adlandırılması mədəniyyətimizdə iz qoymuş dünya şöhrətli dahilərin ruhlarını da şad etdi. Ecazkar səsləri ilə bir çox ölkələrdə ayaqüstü alqışlar qazanan Qarabağ müğənnilərinin yeni nəsil davamçıları, məhz bu mərkəzin yaradılması ilə dilbər guşəmiz olan Qarabağı, ölməz şəhidlərimizin qanı ilə azad olunan Xarı bülbülün yeganə vətəni olan Şuşanı dünyada daha geniş təbliğ edəcəklər. Möhtərəm Prezident cənab İlham Əliyevin tarixi çıxışında söylədiyi fikir buna tarixi sübutdur. "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

Naftalan ziyalısı Möhübbət Bədəlov

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:29 26.02.2021

Britaniyada bir gündə 345 nəfər pandemiyanın qurbanı oldu

22:15 26.02.2021

Gədəbəydə atı ağacdan asdılar, polis araşdırmaya başladı

22:10 26.02.2021

Estoniyadan Azərbaycana quşçuluq məhsulları gətirilməsi dayandırıldı

21:52 26.02.2021

Şuşada Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib – VİDEO

21:51 26.02.2021

"Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti qələbəsidir" - Hikmət Hacıyev

21:43 26.02.2021

Ermənistan prezidenti Onik Qasparyanla görüşüb

21:34 26.02.2021

Elxan İbrahimovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

21:25 26.02.2021

Xocalı soyqırımı Qətərdə anıldı - Fotolar

21:20 26.02.2021

Azercell ilə TikTok indi daha əlçatandır!

20:39 26.02.2021

UEFA növbəti dəfə "Qarabağ"a ödəniş etdi

19:45 26.02.2021

Keçmiş məhkum narkotiklə tutuldu, oğurluq etdiyi üzə çıxdı

19:20 26.02.2021

Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18:51 26.02.2021

Ermənistan prezidenti Paşinyana qarşı çıxdı: Baş qərargah rəisi vəzifəsində qalır

18:31 26.02.2021

Nazir daha bir idarə rəisi işdən çıxardı

18:07 26.02.2021

Kılıçdaroğlu Xocalı soyqırımını andı: “Eyni dərdi bir daha yaşamamalarını diləyirəm”

17:50 26.02.2021

Türkiyə gəncləri “Xocalıya ədalət” tələb edir - FOTO