Mədəniyyət Nazirliyi Səyyad Əlizadənin ölümü ilə bağlı nekroloq yaydı

Mədəniyyət Nazirliyi Səyyad Əlizadənin ölümü ilə bağlı nekroloq yaydı
SOSİAL
21:11 01.10.2021
509
Mədəniyyət Nazirliyi tanınmış müğənni Səyyad Əlizadınin ölümü ilə bağlı nekroloq yayıb.

AZXEBER.COM xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə itki üz verib!

Müğənni Səyyad Əlizadə ömrünün 63-cü ilində vəfat edib.

Sənətçi 1958-ci il avqustun 6-da Füzuli rayonunun Babı kəndində anadan olub.

İlk təhsilini Babı kəndindəki orta məktəbdə alan S.Əlizadə uşaq yaşlarından məktəbdə keçirilən şənliklərdə və rayon ansamblında oxumağa başlayır. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olur. Təhsil aldığı illərdə "Arzu" Xalq Çalğı Alətləri Ansamblı ilə "Oxu tar", "İstedadlar axtarırıq", müsabiqələrinin, "SSRİ-Yunan gəncləri" Festivalının laureatı olub.

1987-ci ildə ilk albomu işıq üzü görür.Mərhum sənətçi "Gözlərimin yaşı", "Bəyaz gecələr”, "Gül ki, ürəyim gülsün", "Bizim Metropoliten" kimi mahnıların ifaçısı olub.

Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR