"Mədəniyyət və incəsənət sahəsinə dövlət büdcəsindən ayrılan vəsait çox azdır".
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa parlamentin plenar iclasında deyib.
Komitə sədri bildirib ki, bu sahə üçün ayrılan 198 milyon manatlıq vəsait az hesab olunmalıdır:
"Mədəniyyət sferasında çalışan insanların böyük əksəriyyəti çox aşağı əməkhaqqı alır. Vəsaitin az olması da bu cür yaradıcı potensialın ölkədə aşağı düşməsinə gətirib çıxarır".