Türkiyənin mədəniyyət və turizm naziri Ərtuğrul Günay Bursa şəhərində Uludağ universitetində olarkən tələbələrin hücumuna məruz qalıb. Nazir universitet kampındakı mədəniyyət mərkəzinə daxil olarkən, bir qrup tələbə ona yumurta atmağa başlayıb. Tələbələr "Bizim mədəni dəyərlərimizi məhv edir" şüarları səsləndiriblər.Etirazçılara müdaxilə edən təhlükəsizlik qüvvələri 5 tələbəni saxlayıb. Polis tələbələrin danışmaması üçün onların ağzını tutub və güclə polis avtobusuna mindirib.