Bu gün Azərbaycanın tanınmış milyonçusu, mеsenat, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin anım günüdür.
AZXEBER.COM xəbər verir ki, milyonçunun ölümünün 90 illiyi ilə bağlı dəfn olunduğu yerdə tədbir təşkil edilib.
Əməkdar jurnalist Mirvari Rəhimzadənin təşkilatçılığı ilə baş tutan tədbirdə ağsaqqallar və ictimai xadimlər bir araya gəlib. Təşkilatçının sözlərinə görə, tədbirdə Tağıyev irsinin əməkdaşları və bir çox kitabların müəllifi Teyyub Qurban, millət vəkili Ziyad Səmədzadə, keçmiş baş nazir Rəhim Hüseynov və başqaları iştirak ediblər.
Mirvari Rəhimzadə portalımıza açıqlamasında deyib ki, tədbirdə iştirak üçün bütün nazirliklərə və dövlət qurumlarına dəvət göndərilsə də, çoxu bu hadisəyə biganə yazıb: "Bu könül işidir. Biz heç kəsi bura qolundan tutub gətirməmişik. Burda olan hər kəs könüllülərdir. Ancaq onu da qeyd edim ki, Mədəniyyət və Turizim Nazirliyindən heç kim iştirak etmədi”.
Qeyd edək ki, Mədəniyyət və Turizm nazirliyinin rəsmiləri bundan öncə də görkəmli incəsənət və mədəniyyət xadimlərinin anım günlərinə biganə münasibəti ilə yadda qalıb.