“Azərbaycanda hamı Etibar necə gəlib bu günlərə çıxdığını yaxşı bilir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı söyləyib. O, deputat Etibar Hüseynovun ANS-də yayımlanan verilişdə qaçqın və məcburi köçkünləri təhqir etməsinə cavab verib:
“O, özünü hamıdan ağıllı göstərməyə çalışmasın. O bir dəfə də belə bir açıqlama vermişdi. Etibar qələt edir, başını daşa döyür. Mədəniyyətsizdə Etibarın özüdür, qanmaz da. Xahiş edirəm bunu belə də yazın. O deputatdı. Getsin başqa problemlərdən danışsın. Bəli, hamı bilir ki, belə bir problem əvvəllər var idi. Ancaq unutmaq olmaz ki, bu insanlar könüllü şəkildə Bakıya gəlməyiblər. Onların torpağını işğal ediblər. Ona görə, bu cür sözlər işlətmək olmaz”.
Xatırladaq ki, millət vəkili Etibar Hüseynov ANS-də gedən verilişlərin birində çıxışı zamanı Azərbaycanda şəhər mədəniyyətini 50, 60, 70-ci illərdə rusların, yəhudilərin, ermənilərin, rus dilli azərbaycanlıların yaratdığını söyləyib. E. Hüseynovun sözügedən çıxışını təqdim edirik:
Əfsələddin Ağalarov