Mədət Quliyev BQXK nümayəndələrini qəbul edib

Mədət Quliyev BQXK nümayəndələrini qəbul edib
Bütün Xəbərlər
18:30 17.03.2014
582
BQXK-nin nümayəndələri Penitensiar Xidmətdə olublar. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin başçısı Deniz Duran və ölkəmizdə xidmət müddətini başa vuran Müdafiə proqramı üzrə koordinator Fransua Blansidən ibarət nümayəndə heyətini qəbul edib.Mədət Quliyev penitensiar müəssisələrdə məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində davam etdirilən işlər barəsində məlumat verib.BQXK-nin Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Deniz Duran isə komitənin tövsiyələrinə penitensiar müəssisələr tərəfindən fəal reaksiya verilməsindən və bu tövsiyələrin nəzərə alınmasından məmnun qaldığını ifadə edərək penitensiar müəssisələrə baş çəkilməsi üçün yaradılan lazımi şəraitə görə minnətdarlığını bildirib.
OXŞAR XƏBƏRLƏR