"Medi Hall"da əməliyyat olunan qadın öldü - Prokurorluq araşdırmaya başladı

"Medi Hall"da əməliyyat olunan qadın öldü - Prokurorluq araşdırmaya başladı
SOSİAL
13:33 16.02.2026
332
Fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Medi Hall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcəkdir.
OXŞAR XƏBƏRLƏR