MEDİA bu qanun layihəsi barədə fikirlərə münasibət bildirdi

MEDİA bu qanun layihəsi barədə fikirlərə münasibət bildirdi
MEDIA
15:25 10.12.2021
298
Medianın İnkişafı Agentliyi (MEDİA) "Media haqqında" Qanun layihəsinin ictimai müzakirəsinin təşkili ilə bağlı bir sıra media nümayəndələri tərəfindən ifadə edilən fikirlərə münasibət bildirib.

AZXEBER.COM MEDİA-ya istinadən münasibəti təqdim edir:

""Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 9.2-ci maddəsində normayaratma orqanının qərarı ilə normativ hüquqi aktın layihəsinin açıq (ictimai və ya peşəkar) müzakirəyə çıxarıla biləcəyi göstərilir.

"İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsində Azərbaycan Respublikasının Konstitusiyasının 96-cı maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən qanun layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin Azərbaycan Respublikası Milli Məclisinin Aparatı tərəfindən təşkil edildiyi təsbit olunmuşdur.

"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 29.1.10-cu maddəsində isə informasiya sahibinin normativ hüquqi aktların layihələri razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan onları açıqlamaq vəzifəsi müəyyən edilmişdir.
OXŞAR XƏBƏRLƏR