"Media haqqında qanun zərurətdən yaranıb" - Deputat

"Media haqqında qanun zərurətdən yaranıb" - Deputat
SOSİAL
14:38 12.12.2021
261
"Cəmiyyətdə və ictimai həyatımızın bütün sahələrində informasiyanın yeri və rolu artıqca bu münasibətərin yeni qanunlarla tənzimlənməsi də aktullaşır. "Media haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsinin ortaya çıxması da bu zərurətdən yaranıb”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu "Media haqqında” Qanun layihəsinə fikirlərini bildirərkən deyib. 

Deputat yeni layihənin hansı zərurətdən doğması haqqında danışıb:

"Azərbaycan Respublikası Prezidentinin imzaladığı "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı, "Medianın İnkişafı Agentliyi"nin yaradılması və "Media haqqında” Qanun layihəsinin hazırlanması istiqamətində addımların atılması da tarixi inkişafımızın hazırki mərhələsində yaranmış bu çağırışlarla ayaqlaşmaq tələbindən irəli gəlib. İnformasiya əlahiddə bir vasitəyə çevirilib. O, fərdin sosial kimliyini formalaşdıran əsas təsirlərdən birinə çevrilməklə bərabər, həm də sosial-siyasi münasibətlərimizin keyfiyyətini təyin edir. Belə olan halda media və ictimai məsuliyyət problemi də gündəmə gəlir. 

Eyni zamanda media qurumları yaxud təmsilçilərinin qlobal informasiya məkanında  informasiya təhlükəsizliyi konteksində fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir. Belə olan halda media azadlığı və məsuliyyəti tandem təşkil  etməklə yeni hüquqi bazada tənzimləmə zərurətini yaradır. Media haqqında Azərbaycan Respublikasının qanun layihəsinə nəzər saldıqda bütün bunların qanun çərçivəsində xüsusi fəaliyyət kimi təşkil olunmasının hüquqi əsaslarını görürük”.

Deputat qeyd edib ki, təqdim olunan qanun layihəsinin ən əsas xüsussiyyətlərindən biri məhz sistemli olmasıdır:  

"Məsələ ondadır ki, bu günə qədər müvafiq sahədə qanunvericilik bazası qismində çıxış edən "Kütləvi informasiya vasitələri haqqında” qanuna 79 dəfə dəyişiklik etsək də, arzuolunan effektə nail ola bilməmişik. Çünki sistemli və kompleks yanaşma olmadan bu həssas və strateji sahəni nizamlamaq mümkün deyil. Elə təqdim olunan qanun layihəsinin ən əsas xüsusiyyətlərindən biri də məhz sistemli olması və əsas zəruri  istiqamətləri tam əhatə etməsidir. Buraya dövlət - media münasibətlərinin tənzimlənməsindən tutmuş media subyektlərinin fəaliyyət prinsiplərinə qədər geniş münasibətlər sistemi daxildir. Ən əsası isə odur ki, bu münasibətlər sisteminin formalaşmasında hər hansı dövlət müdaxiləsi nəzərdə tutulmur. 

İstər çap mediasının, istərsə də elektron medianın tam sərbəst fəaliyyəti üçün qanuni təminat yaranır. Bununla belə qanun nəzərdə tutduğu müdəalarla media məsuliyyətini  artırır. Media reysterinin yaradılması, jurnalist anlayışının yenidən tanımlanması, sosial medianın və vətəndaş jurnalistikasının qanunun təsir dairəsindən kənarda tutulması da yeni qanun layihəsinin konkret məzmun kəsb etməsi, konkret sahədə effektiv hüquqi münasibətləri tənzimləməsi baxımından əhəmiyyətlidir. 

Yəni yeni qanun layihəsi  məzmun etibarilə əhatəli, hüquqi məntiq və texnika baxımından konkret  və işlək mexanizm yarada bilmə imkanları baxımından səmərəlidir”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR