Media haqqında qanunda əsas yeniliklər hansılardır?

Media haqqında qanunda əsas yeniliklər hansılardır?
MEDIA
12:30 11.12.2021
338
"Media haqqında yeni qanun layihəsi bir sıra özəlliklərə malikdir. Çünki qanunda ölkəmizdə bu günədək ilk dəfədir ki, tətbiq edilən xeyli yeniliklər var. Bu yeniliklər Azərbaycan mediasının yeni mərhələyə qədəm qoymasına, mediada müsbət dəyişikliklərə və inkişafa səbəb olacaq". 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının Sədri, media eksperti Müşfiq Ələsgərli media haqqında yeni qanun layihəsinə fikirlərini bildirərkən deyib.

Müşfiq Ələsgərli qanunda nəzərdə tutulan bəzi məsələlərə aydınlıq gətirib:

"Burada xeyli önəmli məsələlərə yer verilib ki, onlardan biri də onlayn medianın hüquqi statusunun tanınmasıdır. Layihədə onun strukturlaşması barədə məsələlər yer alır ki, bu da önəmlidir. Bildiyimiz kimi, onlayn media ölkəmizdə uzun müddətdir, təxminən 20 ilə yaxındır ki, yaranıb. Yarandığı gündən bu günədək inkişaf yolu keçən onlayn media hazırda media məkanında çox böyük yer tutur. Buna baxmayaraq, onlayn medianın hüquqi tənzimlənmə prosesi natamam idi. Bu natamamlıq isə bu sferada fəaliyyət göstərənlər üçün, eyni zamanda xalq, cəmiyyət üçün də bəzi problem və çətinliklər yaradırdı. Amma media haqqında yeni qanunun qəbul edilməsi bu problemlərin də aradan qaldırılmasına səbəb olacaq. Göründüyü kimi, yeni qanun layihəsində nəzərdə tutulan yeniliklər bir sıra çatışmazlıqların aradan qaldırılmasına yönəlib.

Bundan başqa yeni qanun layihəsində digər bir yenilik də var ki, bu, vahid reyestrin yaradılması məsələsidir. Burada vahid reyestrin yeni qanunda yer alması çox vacib və önəmli məsələdir. Bu yenilik Azərbaycanda Kütləvi İnformasiya Vasitələri üçün bir növ inkişaf proqramlarının hazırlanmasının daha da asanlaşmasına səbəb olacaq. Media haqqında yeni qanunda KİV nümayəndələri üçün vahid formalı vəsiqələrin də verilməsi məsələsi yer alır.  

Nəzərə almaq lazımdır, bu, müsbət bir amildir. Çünki bu vahid kartı əldə edən jurnalistlər, həmçinin, qanunda göstərilən bir sıra imtiyazlardan da yararlanacaq".

Müşfiq Ələsgərli bildirib ki, bu qanunda sərbəst çalışan jurnalistlərin də hüquqlarının tanınması məsələsi də yer alır ki, bu də onlayn media üçün önəmlidir:

"Bu layihədə daha bir önəmli məsələ yer alır ki, bu da sərbəst çalışan KİV nümayəndələrinin hüquqlarının tanınması məsələsidir. Bilirsiniz ki, onlayn media bu cür fəaliyyət göstərən jurnalistlərin sayını artırıb. Buna baxmayaraq, onların hüquqları tanınmırdı. Amma yeni qanunda bu məsələnin də yer alması qeyd etdiyim problemin də həllinə gətirib çıxaracaq.

Daha bir yenilik isə KİV-in peşəkarlaşması məsələsidir ki, yeni qanunla bunun da stimullaşmasını görəcəyik. Çünki bu qanunda jurnalistikaya aid olacaq ciddi məsələlər, jurnalistlərin hansı hallarda hansı davranış standartlarına əməl etməsi məsələləri detallı şəkildə qeyd edilir. Amma bir məsələni də qeyd edim, layihədə bəzi zərurətlər də var ki, bu da bəzi maddələrə yenidən baxılmaqla konkretləşdirilməsidir, müəyyən korrektlərin edilməsidir. Milli Məclisdə də hansı maddələr üzrə yenidən işlənilməli olunması ilə bağlı müzakirələr aparılıb. Nəzərə almaq lazımdır ki, bu qanun layihəsi ölkəmizdə peşəkar medianın inkişafı prosesinə yönəlmiş bir addımdır. Hesab edirik ki, bütün bu işlər Azərbaycan mediasının daha da inkişafına təkan verəcək".

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
01:38 18.10.2026
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
01:28 18.10.2026
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
01:16 18.10.2026
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO